ShortlistFox
← Back to results

Welder / 4-ci дərəcəli Qaynaqçı

Weatherford

BAKU, AZERBAIJAN, Azerbaijan

Apply

About the role

4-ci дərəcəli Qaynaqçı

4-cü dərəcəli ixtisaslı qaynaqçı, SMAW (111) və MIG/MAG (135/136) qaynaq üsulları üzrə praktiki iş təcrübəsinə malik.

Namizəd əl ilə qövs qaynağı (SMAW) və qoruyucu qaz mühitində yarımavtomatik qaynaq (MIG/MAG) üsullarından istifadə etməklə polad konstruksiyaların hazırlanması, təmiri və qaynaq edilməsi sahəsində təsdiqlənmiş iş təcrübəsinə malik olmalıdır.

Vəzifə öhdəlikləri:

  • Texniki və konstruktor sənədlərinin oxunması və şərh edilməsi;
  • Texnoloji proseslərə və qaynaq prosedurlarının tələblərinə ciddi riayət edilməsi;
  • Çilingər-yığım işlərinin, metalın kəsilməsi və cilalanması əməliyyatlarının yerinə yetirilməsi;
  • İstehsalat standartlarına uyğun olaraq müxtəlif mürəkkəblik dərəcəsinə malik metal konstruksiyaların hazırlanması və quraşdırılmasında iştirak;
  • Tutucu avadanlıqların xidmət göstərilməsi üçün sərt metallar ilə iş, o cümlədən frezaların möhkəmləndirilməsi (volfram karbidinin və sərt əlavələrin üzlənməsi);
  • Avadanlığın modifikasiyası;
  • Xammaldan avadanlığın hazırlanması.

Tələblər:

  • Qaynaqçı kimi minimum 3 il iş təcrübəsi, neft-qaz sahəsində təcrübəyə üstünlük verilir;
  • SMAW (elektrod), MIG/MAG, əl ilə qövs qaynağı və avtomatik qaynaq üsulları ilə işləmək bacarığı;
  • Orta ixtisas təhsili;
  • 4-ci dərəcəli qaz-elektrik qaynaqçısı vəsiqəsi;
  • Karbidlə işləmə (tətbiqi/örtük çəkilməsi) təcrübəsinin olması arzuolunandır;
  • İngilis dili biliyinə üstünlük verilir.